Qazın həcmi ötən günlərlə müqayisədə 2 milyon kubmetr artırılıb
"Ölkədə hava şəraitinin şaxtalı keçməsi ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyinə daxil olan zənglərin sayında artım olmayıb". SİA-ya açıqlamasında İstehsalat Birliyinin mətbuat katibi Araz Ağayev belə deyib. Onun sözlərinə görə, Birlik tərəfindən daxil olan müraciətlərin həlli istiqamətində müvafiq tədbirlər görülür: "Son günlərdə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq verilən mavi yanacağın həcmi ötən günlərlə müqayisədə 2 milyon kubmetr artırılıb".
"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, quruma daxil olan müraciətlər əsasən kənd və qəsəbələrdə güclü külək nəticəsində hava xətlərinin aradan çıxması ilə bağlıdır: "Qeyd edim ki, "Bakıelektrikşəbəkə"yə daxil olan zənglər fərdi qaydada edilən müraciətlərdir. Məlumat quruma daxil olan kimi qəza xidmətinin əməkdaşları operativ olaraq hadisə yerinə gedir və mövcud olan problemlər yerindəcə həll olunur".
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB