Cavid Qurbanov: "Yollarda vəziyyət nəzarət altındadır"

Cavid Qurbanov: "Yollarda vəziyyət nəzarət altındadır"

"Ölkənin yollarında vəziyyət nəzarət altındadır və yollarda qar təmizləyən, qum və xüsusi maddələr tökən 1100 ədəd xüsusi texnika çalışır. "Azəryolservis" ASC gündə üç dəfə yollardakı vəziyyət və görülən tədbirlər haqqında nəqliyyat naziri Ziya Məmmədova hesabat verir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov deyib.

Cavid Qurbanov həmçinin deyib ki, yaxın 2 ay ərzində Bakıda Babək prospektinin yenidən qurulmasına başlanılacaq: "Prospektdə yenidənqurma işlərinə qış mövsümünün başa çatmasından sonra başlamaq planlaşdırılır. Prospektin yenidən qurulması layihəsinin müddəti haqqında danışmaq çətindir, çünki burada görüləsi işlər çoxdur. Yenidənqurma çərçivəsində prospektdə avtonəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə