Hava şəraiti "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinə təsir etməyib
"Azərbaycanda qarlı və şaxtalı hava şəraiti "Azərbaycan Dəmir Yolları" QSC-nin işinə heç bir maneə törətməyib. Səhər açılandan yollara nəzarətlə bağlı xüsusi xidmət orqanının əməkdaşları bütün yollara baxış keçirib. Bütün rabitə-siqnalizasiya, elektrik sistemi yoxlanılıb. Təbii ki, bu proses gün ərzində davamlı şəkildə həyata keçiriləcək". Bunu SİA-ya açıqlamasında qurumun mətbuat katibi Nadir Əzməmmədov deyib.
O bildirib ki, Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, qatarlar müəyyən edilmiş qrafikə uyğun hərəkət edirlər.
Onun sözlərinə görə, qrafikə əsasən, bu gün Bakıya Moskva, Astara və Qazaxdan reyslər gəlib, eləcə də cədvələ əsasən, Tbilisi, Balakən və Böyük Kəsikdən qatarların gələcəyi gözlənilir: "Yerli, eləcə də beynəlxalq reyslərdə gecikmələr yoxdur. Qatarların qəbulu və yola salınması müəyyən olunmuş qrafikə əsasən həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB