"Təbii qazdan istifadə qaydalarını pozan 2984 abonentin qaz təchizatı dayandırılıb"

"Təbii qazdan istifadə qaydalarını pozan 2984 abonentin qaz təchizatı dayandırılıb"

" "Azəriqaz" İstehsalat Birliyinin Bakı şəhəri və regionlar üzrə Qaz istismar sahələrinin Qəza-dispetçer xidmətləri tərəfindən bu istiqamətdə icra olunan işlərin səmərəli təşkili, göstərilən xidmətin keyfiyyətinin artırılması, neqativ halların aradan qaldırılması və xidmətə nəzarətin gücləndirilməsi məqsədilə Birliyin müvafiq əmrlərinin icrası ilə əlaqədar olaraq "Çağırış vərəqəsi"nin yeni forması hazırlanıb. Ümumilikdə 2013-cü ildə "104 qaz qəza" və "185 qaynar xətt" xidmətləri tərəfindən 61 821 müraciət qeydə alınıb. Müxtəlif xarakterli çağırışlar aidiyyatı üzrə ötürülərək icrasına müvafiq qaydada nəzarət edilib". SİA-nın xəbərinə görə, bunu ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev yap.org.az saytına müsahibəsində deyib.

İstehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi haqda da danışan baş direktor fikirlərinə əlavə edib ki, ay ərzində xidməti ərazilərdə evdaxili qaz xətlərinə, qaz cihazlarına texniki baxış və profilaktiki xidmətin keçirilməsinə nəzarət gücləndirilmişdir ki, bunun nəticəsi olaraq 93745 abonentin mənzilinə texniki baxış keçirilən və 371608 abonentə təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə əlaqədar növbədənkənar təlimatlar keçirilib: "Təbii qazdan təhlükəsiz istifadə qaydalarına dair QİS-lər tərəfindən abonentlərə ay ərzində 312180 ədəd bukletlər paylanılıb, insanların daha çox cəmləşdiyi yerlərdə, həmçinin təhsil və səhiyyə müəssisələrində qazdan təhlükəsiz istifadə qaydalarını əks etdirən 9124 ədəd plakat və məlumat vərəqələri yerləşdirilib. "Qaz təsərrüfatında Təhlükəsizlik Qaydaları"na zidd olaraq təbii qazdan istifadə qaydalarını pozan 2984 abonentin qaz təchizatı dayandırılıb, 95 abonent barədə hüquq-mühafizə orqanlarına müraciət edilib, 370 abonentə cərimə hesablanıb. Xidmət sahələrində ay ərzində 8654 sayda qeyri-standart qaz cihazları istismardan çıxarılıb, 2950 abonentin istifadə etdikləri rezin birləşmələri kəsilib, 479 abonentin isə qaz cihazları tüstü bacalarına qoşulmadığından onların qaz təchizatı dayandırılıb.
Ötən il yaşıllıqların salınması üçün tələbata uyğun olaraq 5029 ədəd ağac tingləri və dekorativ kollar alınaraq tabeli təşkilatlar arasında tələbata uyğun paylanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə