Kompot istehsalı ilə məşğul olan sexdə qayda pozuntusu aşkarlanıb

Kompot istehsalı ilə məşğul olan sexdə qayda pozuntusu aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Məmiyev Eminə məxsus kompot istehsalı ilə məşğul olan sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib. SİA-ya verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, müəssisədə kompot istehsalı zamanı texnoloji təlimatdan istifadə olunmur. Bundan başqa müəssisənin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi, məhsulun markalanmasının düzgün aparılmadığı aşkar edilməyib. Həmçinin qablaşdırmada istifadə olunan şüşə qabların və qapaqların sertifikatları yoxlamaya təqdim edilməyib.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə iradnamə və məhsulun satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə