Vüqar Bayramov: “Xəzər dənizinin hüquqi statusu məsələsinin həlli dövlətlərin inteqrasiyasına xidmət edir” MÜSAHİBƏ

Vüqar Bayramov: “Xəzər dənizinin hüquqi statusu məsələsinin həlli dövlətlərin inteqrasiyasına xidmət edir” MÜSAHİBƏ

Müsahibimiz iqtisadçı Vüqar Bayramovdur:

- Vüqar müəllim, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranla eləcə də, Türkmənistanla aydınlaşmayan məsələlər var. Bu məsələlər nədən ibarətdir?

- Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı bir sıra məsələlər həlli yolunu tapmayıb. Belə ki, İran və Türkmənistan Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılıq əldə etməyib. Keçmiş SSRİ ilə İran arasında bağlanmış "Ticarət və dənizçilik haqqında müqaviləyə əsasən Xəzər dənizinin hüquqi statusu tənzimlənir. Bu müqavilə, Xəzərin, milli sektora vergisi ilə bağlı imzalanıb. Təxminən Xəzərin 55 min kvadratı İranın payına düşür. Bu bölgüyə əsasən Qazaxıstan və Rusiya Xəzərin həmin dövlətlərə düşən hissəsindən razıdırlar.

Qeyd edim ki, Azərbaycan hər zaman təkliflərlə çıxış edir və Xəzərin hüquqi statusunun bölüşdürülməsinin konkret tərəfdarıdır. Amma təəssüflər olsun ki, qonşu ölkələrin Xəzərin statusunun müəyyənləşdirilməsi ilə bağlı mövqeyi heç də ürək açan deyil. Türkmənistanla əsas mübahisə doğuran məsələ "Kəpəz" yatağı ilə bağlıdır. Azərbaycan Türkmənistanla danışıqları davam etdirməyə hazırdır. Belə ki, Türkmənistanla birgə "Kəpəz" yataqğının işlənməsinin tərəfdarıdır. Hətta, türkmənlər "Kəpəz" yatağının razılıq əldə etməməklə yanaşı, həmin yatağın adını dəyişdirərək onun Türkmənistan ərazisində olduğunu iddia edirlər. Hələ onlar bir az da irəli gedərək, "Azəri-Çıraq" yataqlarının Türkmənistan ərazisinə aid olduğunu deyirlər. Hətta, bu yataqların adlarını da dəyişdirərək "Ömər" və "Osman" adlarını veriblər. Amma "Azəri-Çıraq" yatağında məşhur xarici şirkətlər işləyir və fəaliyyət göstərir. Bu yataqlar birmənalı şəkildə Azərbaycana və xalqına xidmət edir.

İran tərəfi isə Xəzər dənizinin bərabər bölgüsünü tələb edir. Nəzərə alsaq ki, sonuncu bölgü də İran tərəfindən qəbul edilib. İranın payına düşən ərazi 55 min kvadrat olub. Amma Rusiyada 60 min kvadratdır. Rusiya bu bölgüyə etiraz etmir. Çünki Xəzərin hüquqi statsunun müəyyənləşməsi ilə bağlı müqavilə keçmiş SSRİ tətərfindən imzalanıb. Təəssüflər olsun ki, İran Azərbaycan tərəfində yerləşən yataqlara iddialıdır. Qeyd edim ki, irimiqyaslı layihələrin reallaşması üçün, Xəzərin ehtiyatlarının Avropa ölkələrinə çıxarılması üçün bu dövlətlərin razılığa gəlməsi vacibdir. Azərbaycan Xəzərin statusu ilə bağlı razılığa gəlməyə hər zaman hazırdır. Bu, əslində, Xəzəryanı ölkələrin marağına uyğundur və ölkələrin inteqrasiyasına xidmət edəcək.

- Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı yaxın zamanlarda növbəti forumun keçiriləcəyi gözlənilir. Bu forumda Xəzərin hüquqi statusunun tərəflər arasında razılıq əldə etməsi mümkün olacaqmı?

- Azərbaycan bu forumda konkret tələblərlə çıxış edir və razılıq əldə etmək istəyir. Azərbaycan Türkmənistanla birlikdə bu yataqların işlənilməsini təklif edir. Faktiki olaraq Azərbaycan tərəfi konkret olaraq öz mövqeyini ortaya qoyur. Yəni, ölkəmiz tərəfindən Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı çətinlik yoxdur. Yaxşı olar ki, İran və Türkmənistan razılığa gəlsin. Çünki bu məsələnin həlli birmənalı şəkildə bütün Xəzəryanı ölkələrinin maraqlarına xidmət edəcək və bu həmin dövlətlərin xeyrinə olacaq.

- Çox zaman Xəzər ətrafındakı dövlətlər "əzələ" nümayiş etdirmək üçün hərbi təlimlərini Xəzər dənizində keçirirlər. Bu hərbi təlimlərin əsas məqsədi nədir və bütün bunlar Xəzər dənizinin fauna və florasının məhv olmasına və ekoloji cəhətdən çirklənməsinə gətirib çıxarmırmı?

- Xəzəryanı dövlətlərin sammitində əsas məsələ odur ki, Xəzər dənizi hərbisizləşdirilsin və Xəzərdə gəmilərin, hərbi təlimlərin sayı azaldılsın. Bu mövqe isə təkcə siyasi mənada deyil, eyni zamanda ekoloji bir mahiyyət, məzmun, kəsb edir. Belə hərbi təlimlər təbii ehtiyaların və canlıların məhvinə gətirib çıxarır və Xəzərdə mürəkkəb sitiuasiyalar yaradır. Birmənalı şəkildə bu təlimlər hətta bu yataqların da məhv olmasına gətirib çıxara bilər. Belə təlimlərin keçirilməsi arzuolunan deyil və güc nümayiş etdirməklə problemin həllinə nail olmaq çətin məsələdir. Danışıqlar yolu ilə hərbi təlim keçirən dövlətlər bir nəticəyə gəlməlidir.

-Xəzər dənizində hasil olan neft və qaz resuslarının insanların rifah halının yaxşılaşdırılmasına sərf edildiyini demək olarmı?

- Xəzəryanı ölkələrdə hasil olan neft və qaz resusları ölkənin valyuta sisteminin artırılmasına, iqtisadi potensialın güclənməsinə xidmət göstərməlidir. Bəzi ölkələrdə neft-qaz yataqlarının işlənməsinə bu yataqlardan insanların faydalanmasına ehtiyac var. Bu yataqlar Xəzəryanı ölkələrin rifahı üçün istifadə olunmalıdır. Azərbaycan öz vəsaitini insanların sosail rifah halına yönəldir. Lakin bu məsələ hər ölkədə eyni formada deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə