“Toyota” şirkəti ötən il 10 milyondan çox avtomobil istehsal edib
Yaponiyanın tanınmış "Toyota" şirkəti 2013-cü ildə 10 milyondan artıq avtomobil istehsal edərək, dünyada bir il ərzində bu həddi keçən ilk avtomobil istehsalı şirkəti olub.
Şirkətin bəyan etdiyinə görə, onun "Daihatsu Motor" və "Hino Motors" şirkətlərin də daxil olduqları qrupu tərəfindən ümumilikdə ötən il 10 milyon 117 min ədəd avtomobil istehsal olunub.
Daxili istehsal 4 milyon 290 min ədəd təşkil edib ki, bu da 2012-ci ildəkindən 3 faiz azdır. Lakin xaricdəki şirkətlərin istehsalı təqribən 6 faiz artıb və 5 milyon 830 min ədədə bərabər olub. ABŞ iqtisadiyyatının bərpası və Çində şirkətin avtomobillərinə tələbatın artması buna səbəb kimi göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB