"Regionların inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib"
"Son illər Azərbaycan regionlarının inkişafı ilə bağlı ciddi nəticələr əldə edilib. Təbii ki, bu prosesdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının uğurla həyata keçirilməsi başlıca rol oynayır". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP-ın İqtisadi məsələlər komissiyasının sədri Eldar İbrahimov deyib.
Onun sözlərinə görə, regionların inkişafında sahibkarlara göstərilən dövlət qayğısı da böyük əhəmiyyətə malikdir: "Sahibkarlığa dövlət qayğısı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Bu sahə ilə bağlı hüquqi baza da kifayət qədər mükəmməldir. Dövlətimiz hər il sahibkarlara güzəştli kreditlər ayırır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu kreditlərin həcmi hər il artımla müşahidə olunur. Bu dövlətimizin bu sahəyə qayğısının yüksək nümunəsidir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin hesabına regionlarda istehsal və emal yönümlü müəsisələrin yaradılması böyük vüsət alıb. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB