İlham Şaban: “Avro-4 standartları ətraf mühitin çirkləndirilməsinin qarşısını alacaq”

İlham Şaban: “Avro-4 standartları ətraf mühitin çirkləndirilməsinin qarşısını alacaq”

"Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində Avro-6 standartı tətbiq olunur". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, "Avro" standartları Avropada 1991-ci ildən tətbiq olunmağa başlayıb: "İldən-ilə təkmilləşdirmə dərəcəsinə görə bu rəqəmlər artıb. Bu nisbət faizinin göstəricisidir. Azərbaycanda isə Avro-4 standartının tətbiqinə aprelin-1 də başlanacaq. Ölkəmizdə Avro-4 standartının tətbiqində məqsəd avtomobillərin yanacağında ixrac olunan karbon qazının ətraf mühitin çirkləndirməsinin qarşısını almaqdan ibarətdir. Avro-4 standartları ekoloji təşkilatlar tərəfindən avtomobil və yanacaq istehsalçılarına qarşı bir mübarizə vasitəsi kimi ortaya qoyulub. Ötən 20 il göstərdi ki, bunun təbiətə və insanlara böyük faydası var. Avro-4 standartlarının qısa müddət ərzində tətbiq olunması bir az çətindir. Çünki hazırda Avro-3 standartları tam şəkildə tətbiq olunmur. Bundan başqa Avro-4 standartlarının tətbiqi əlavə maliyyə tələb edir. Buna görə fikrimcə, bu standartların tətbiqi bir az zaman ala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə