Musa Quliyev: “Azərbaycan iqtisadiyyatı inkişaf tempinə görə ön sıralarda dayanır”
"Davos iqtisadi forumu dünyada gedən iqtisadi proseslərin tənzimlənməsi və beynəlxalq iqtisadi münasibətlərin qurulması istiqamətində dünyanın ən mühüm forumlardan biridir". Bunu SİA-ya açıqlamasında Milli M'clisin Sosial komitəsinin sədr müavini Musa Quliyev belə deyib.
Onun sözlərinə görə, artıq dünyada Davos iqtisadi forumu ənənəvi şəkil alıb: "Qarşılıqlı fikir mübadiləsinin aparılması və yeni əməkdaşlığın əsaslarının qoyulması cəhətdən bu forum olduqca əhəmiyyətli olub. Sevindirici haldır ki, Azərbaycan bu forumda aparıcı dövlətlərdən biri kimi çıxış edib. Bu iqtisadi forumda göstərilən diqqət və qayğı Azərbaycanın ildən-ilə inkişafının nəticəsidir. Bu göstərir ki, Azərbaycan artıq dünya iqtisadi proseslərinə öz töhfəsini verir. Davos iqtisadi forumu bir daha göstərdi ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin, şirkətlərin sayı artıb".
Musa Quliyev onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatın inkişaf tempinə görə, Davos iqtisadi forumunun 2012-ci il proqnozuna əsasən dünyadakı dövlətlər arasında 39-cu yerdə dayanır: "Beləliklə, Azərbaycanın uğurları daima artır və bu uğurlar artmaqda davam edəcək. Azərbaycanın gördüyü işlər həyata keçirdiyi enerji layihələri hər kəsin, hər bir dövlətin marağına səbəb olub. Prezident İlham Əliyevin Davos iqtisadi forumunda müxtəlif ölkələrin dövlət başçıları ilə apardığı görüşlər daha geniş iqtisadi perspektivlərin yeni istiqamətlərinin müəyyən olunmasında böyük rol oynayır".
Musa Quliyevin sözlərinə görə, Prezident İlham Əliyevin qarşıya qoyduğu ən böyük məsələ Azərbaycan sosial-rifah dövlətinə çevrilməsidir: "Bu, özünü hər addımda bir daha göstərir. Məhz, Davos iqtisadi forumunda da regionda Azərbaycanın liderliyi və dövlətimizin iştirakı olmadan bu layihələrin həyata keçirilməsinin mümükünsüzlüyü özünü bir daha göstərdi. Bir sözlə, Azərbaycanın iqtisadi potensialına dünyanın daima marağı artıb və artmaqda davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB