Prezidentin sərəncamı əsasında nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib
Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 221 saylı sərəncamının 1.7-ci bəndinin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində "1652" nömrəli "Qaynar xətt" yaradılması ilə bağlı əmr imzalanıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin SİA-ya verdiyi məlumata görə, əmrdə vətəndaşlardan daxil olan zənglərin operativliyini təmin etmək məqsədilə nazirliyin müvafiq qurumlarına tapşırıq və tövsiyələr verili: "Vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin "1652" nömrəli "Qaynar xətt"inə zəng etməklə öz arzu və istəkləri, qarşılaşdıqları problemlərlə bağlı nazirliyin müvafiq qurumlarına müraciət edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB