Gənclərimizə müjdə! Keçmiş SNQ-nin ən böyük avtomobil bazarı olan Gürcüstanın Rustavi şəhərində yerləşən avtomobil bazarında 2005-ci ilədək olan avtomobillərin qiymətləri 1500-2000 manat dəyərində aşağı düşdü. Bazardan avtomobil alanlarının 80%-i təşkil edən azərbaycanlılar aprel ayının 1-dən etibarən qüvvəyə minəcək Avro-4 yeni qanuna əsasən bazardan köhnə avtomobillərin alışını dəyərləndirib.
SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Azərbaycana daha çox avtomobil Gürcüstan Respublikasının Rustavi şəhərində yerləşən avtomobil bazarından gətirilir. Bu ilin aprel ayında qüvvəyə minəcək Avro- 4 yeni qanun bu ölkədəki satıcıların heç də ürəyincə olmayıb. Belə ki bazarda alıcı qıtlığı yaranaraq avtomobillərin qiyməti 1500-2000 ABŞ dolları aşağı düşüb.
Hələ aprel ayına 2 aydan çox vaxt qalmasına baxmayaraq artıq indidən avtomobil bazarında alıcı qıtlığı müşahidə olunur. Satıcılar isə avtomobillərin əvvəlki kimi satılmasının tərəfdarı olaraq bildiriblər ki, yeni avtomobillərin qiymətlərinin baha olması alıcıların alıcılıq qabiliyyətinin azalmasına səbəb olacaq.
Satıcıların sözlərinə görə, Almaniyadan gətirilən 2005-ci ilə qədər istehsal olunan "Mercedes" "BMW" və digər markalı avtomobillərin satışı azalıb. Rustavi avtomobil bazarında əsas alıcılar azərbaycanlılar olduğundan, qəbul ediləcək yeni qanuna görə hazırda bazarda alıcılardan daha çox satıcılardı.
Qeyd edək ki, yaxın günlərədək 6000-6500 satılan avtomobillər artıq 4500-5000 ABŞ dollarına alıcılara təklif edilir.
Bir neçə ay öncə daha çox satılan avtomobillər indi satıcıların gözlərinin qamaşdırır. Avtomobil satıcılarını narahat edən əsas məsələ isə avtomobillərin ucuz qiymətlərə müştərilərə təklif edilməsinə baxmayaraq, satıcılar yenə də avtomobillərini sata bilirlər.
Qeyd edək ki, Avro- 4 standartlarına görə Azərbaycana gətiriləcək avtomobillər Avrozonaya daxil olan ölkələr üçün 2005, ABŞ üçün 2004, Cənubi Koreya üçün 2006, Yaponiya üçün 2011, Türkiyə üçün isə 2008-ci il istehsalı olmalıdır.
Kamal Əskiparalı, Gürcüstan
Bütün xəbərlər Facebook səhifəmizdə