Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38,1 faiz artıb

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 38,1 faiz artıb

2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 2012-ci illə müqayisədə 828 nəfər və ya 38,1 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 3 min nəfər gələn və 800 nəfər ölkədən gedən qeydə alınıb.

Məlumata görə, immiqrantların 33,7 faizini Rusiyadan, 5,3 faizini Ukraynadan, 4,4 faizini Qazaxıstandan gələnlər, emiqrantların isə müvafiq olaraq 49, 6 faizini, 7,8 faizini və 33,0 faizini həmin ölkələrə gedənlər təşkil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə