Vahid Əhmədov: “Davos iqtisadi forumu Azərbaycan üçün olduqca əhəmiyyətlidir”
"Davos Dünya İqtisadi Forumu dövlət və hökumət rəhbərlərinin görüşdüyü, eyni zamanda ikitərəfli görüşlərin keçirdiyi məkandır". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov belə deyib.
Onun sözlərinə görə, bu forumda dünyada gedən iqtisadi proseslərin müzakirəsi aparılır: "Müəyyən məsələlər iqtisadi o cümlədən sosial məsələlər müzakirə olunur. Azərbaycan hazırda dünyada iqtisadi, sosial cəhətdən inkişaf etmiş, sözü keçən bir dövlətdir".
Vahid Əhmədov daha sonra qeyd edib ki, Davos iqtisadi forumda ciddi məsələlərin müzakirəsi nəticəsində hətta, müqavilələrdə imzalana bilər: "Ümumiyyətlə, bu forumun bütün dünya üçün əhəmiyyəti böyükdür. Xüsusilə, bizim dövlətimiz üçün o cümlədən, region üçün olduqca önəmlidir. Bu forumda hər bir dövlət özünün hansı sahədə inkişafını görmək istəyirsə, həmin sahələrə müəyyən əlavə təkliflər verir və digər dövlətlərlə əməkdaşlıq edir. Davos iqtisadi forumu dünya dövlətləri üçün ölkəmizin gələcək inkişafı həmçinin, neft qaz ölkəsi olan bir dövlət üçün olduqca əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB