Davos -2014

Bu gün İsveçrədə Davos Ümumdünya İqtisadi Forumunun 44-cü sessiyasının açılışı olacaq. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Əsas müzakirələr yanvarın 22-dən 26-dək davam edəcək.

Bu il forumda aparılan müzakirələrdə biznes təşkilatları, dövlət orqanları və digər sahələrdən olan məmurlar daxil olmaqla 100 ölkədən 2500 nümayəndə iştirak edəcək. Artıq 40-dan çox ölkə rəhbəri və hökuməti forumda iştirakını təsdiqləyib. Forumun gündəliyinə G20 ilə bağlı suallar da daxil edilib. İqtisadi Forumda həmçinin qlobal enerji təhlükəsizliyi məsələsi də müzakirə olunacaq.

Sammitin təsisçisi Klausa Şvabanın sözlərinə görə, bu il forumun proqramı 4 əsas mövzu- innovasiyanın müasir həyata təsiri, qlobal inkişaf perspektivləri, vətəndaş cəmiyyətinin iqtisadi proseslərə təsiri, dünya əhalisinin artımı daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə