Neft ucuzlaşıb

Yanvarın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,67 dollar və ya 0,7% azalaraq 1 barelə görə 93,70 dollar olub. SİA-nın məlumatına görə, yanvarın 20-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 106,28 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə