2013-cü il ərzində Azərbaycana 104 min 385 avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bunun 94 879 ədədini əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib.
İdxal olunan avtomobillərin 7 823 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 827 ədədi sürücü də daxil olmaqla 10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 856 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Xatırladaq ki, 2012-ci ildə ölkəyə 1 119 546,01 min dollar dəyərində 101 min 255 avtomobil idxal olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB