Azərbaycan Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb

Qazın verilişinin bərpa olunacağı tarix hələlik açıqlanmır.
Azərbaycan Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb

Azərbaycan qaz keçidlərinin olduğu Bakı-Rusiya sərhədi avtomobil yolunda təmir işlərinin aparılması ilə əlaqədar Rusiyaya qaz ixracını müvəqqəti dayandırıb. Bu barədə SİA-ya ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bildiriblər.

Məlumata görə, qazın verilişinin bərpa olunacağı tarix hələlik açıqlanmır.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin "Qazprom" şirkəti ilə 2009-cu ildə əldə olunan razılığa əsasən, Azərbaycan tərəfi Rusiyaya gündəlik 3 mln. kubmetr qaz nəql etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə