Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeraltı piyada keçidi
Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi davam edir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlamasında deyib.
Onun sözlərinə görə, piyada keçidinin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub: "Ərazidə mühəndis kommunikasiya qurğuları, qaz, su, kanalizasiya xətləri köçürülüb. Hazırda tikinti işlərinə başlanılıb. 122 metr məsafədə istinad divarı və örtük hissəsinin tikintisi başa çatıb. Eyni zamanda, 24 metr məsafədə istinad divarının armaturlanması işləri həyata keçirilir. Yaxın 3-4 gün ərzində həmin hissədə beton işlərinə də start veriləcək".
O həmçinin qeyd edib ki, hava şəraiti normal keçərsə, bu ayın sonuna qədər yeraltı piyada keçidinin 50 faiz hissəsinin işləri başa çatdırılacaq: "Bu il yeraltı keçidin tam hazır şəkildə istifadəyə verilməsi nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB