Nazirlik: "Əmanətlərin qaytarılmasına 597 milyon 414 min manat vəsait ödənilib"
"2012-ci il iyunun 1-dən etibarən başlanılan keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla başa çatdırılıb. Belə ki, müəyyən olunmuş 1 milyon 622 min 687 əmanət hesabının sahibləri müraciət etmiş və onlara 597 milyon 414 min manat vəsait ödənilib". Bunu SİA-ya açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.
Onun sözlərinə görə, SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması problemi ilə bağlı Azərbaycanda MDB ölkələri arasında ən iri həcmli və çevik mexanizmi tətbiq edilib: "Azərbaycanda 1992-ci ilədək əmanət şəklində keçmiş SSRİ Əmanət Bankında saxlanılan hər 1000 sovet rubluna görə 190 dollar ödənib ki, bu göstərici isə MDB ölkələri arasında ən yüksəyidir. 2012-ci il 31 dekabr tarixinədək müraciət edən vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin edilib. Lakin müraciət edib ödəmə təmin olunmayan vətəndaşlar da olub. Prosesin uzadılması məsələsinə gəlincə isə deyə bilərəm ki, Fərmanla fərdi birdəfəlik ödəmələrin verilməsi 31 dekabr 2013-cü ildə başa çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB