410 kiloqramdan çox ərzaq malları satışdan çıxarılıb

410 kiloqramdan çox ərzaq malları satışdan çıxarılıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nərimanov, Nəsimi rayonlarında, eləcə də Sumqayıt, Qəbələ, Ucar, Gəncə, Göygöl, Bərdə, Yevlax, Qusar, Şamaxı, Tərtər və Füzulidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı 410 kiloqramdan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə