Məlahət İbrahimqızı: "Sənaye sahəsində böyük inkişafın təməli Ulu Öndər tərəfindən qoyulub"
"Azərbaycan hələ SSRİ dövründə böyük sənaye potensialına malik olub və sənayenin bütün sahələri üzrə inkişaf yolu keçib. Sovetlər Birliyi dağıldıqdan sonra isə digər respublikalarda olduğu kimi, Azərbaycanda da ixrac strukturu dağılıb". SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında ölkə başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaratdığı fundamental siyasətin nəticəsində Azərbaycan sənayesinin bütün sahələrində böyük inkişafın təməli qurulub: "Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bütün bunlar son nəticədə 2014-cü ilin "Sənaye ili" elan olunmasına şərait yaradıb. Ötən il Azərbaycanın qeyri-neft sektoru, ölkənin dağ-mədən sənayesi, kosmik sənayesi inkişaf etdirilirdisə, 2014-cü ilin "Sənaye ili" elan olunması bu sahələr üzrə tərəqqinin davamıdır. Hesab edirəm ki, ildən-ilə qeyri-neft sektorunun inkişafında çox böyük nailiyyətlər əldə olunacaq. Hazırda kənd təsərrüfatı, hərbi, dağ mədən, kosmik və əczaçılıq sənayesinin inkişafında böyük uğurlar əldə olunub və bu sahələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB