Millət vəkili: "2014-cü ildə ölkəmiz sənaye sahəsində yeni layihələrə imza atacaq"

Millət vəkili: "2014-cü ildə ölkəmiz sənaye sahəsində yeni layihələrə imza atacaq"

"2013-cü il həm İKT-nin inkişafı ili oldu, həm də 2014-cü il üçün konkret hədəfləri müəyyənləşdirdi. Yekun olaraq isə ölkə rəhbəri 2014-cü ili "Sənaye ili" elan etdi". SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi keçirilən ilə 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında ölkə başçısının çıxışı zamanı 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda sənaye sahəsinin inkişaf etdirilməsi üçün cari ildə mühüm addımlar atılmalıdır: "Bir neçə il öncə də Prezident İlham Əliyev nitqində qeyd edib ki, əsas məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Müasir dünyada inkişaf etmiş və rəqabətə davamlı ölkələr əsasən sənaye ölkələridir. Azərbaycanın isə bu sıraya qoşulması üçün çox ciddi layihələr reallaşdırılmalı, yüksək nəticələr əldə olunmalıdır. Bildiyimiz kimi, ötən il Sumqayıtda Kimya Sənaye Parkı yaradılıb, Gəncə və Naxçıvanda avtomobil zavodu, Şamaxıda müasir texnologiyalar istehsal edən müəssisələr, Mingəçevirdə bir sıra sənaye müəssisələri istifadəyə verilib. Bu həm ölkə iqtisadiyyatının yaxşılaşdırılmasına, həm də işsizliyin aradan qaldırılmasına böyük zəmin yaradıb. 2014-cü ildə isə ölkəmiz bu istiqamətdə yeni layihələrə imza atacaq. Hesab edirəm ki, dövlət başçısının iclasdakı çıxışı ölkəmizin qarşısında duran vəzifələri müəyyənləşdirmək baxımından əhəmiyyətlidir və ən başlıcası ondan ibarətdir ki, bütün bu görülən işlərin hər biri Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə