"2014-cü ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna yeni vaqonlar cəlb olunacaq"

"2014-cü ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna yeni vaqonlar cəlb olunacaq"

Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna yeni sərnişin vaqonları cəlb olunacaq. SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, bunun üçün qurum Nəqliyyat Nazirliyinə İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 ədəd dünya standartlarına uyğun olan sərnişin vaqonlarının alınması ilə bağlı məktub ünvanlanıb: "Məqsədimiz 2014-cü ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna yeni vaqonların cəlb olunmasıdır".

Qeyd edək ki, 2007-ci ilin noyabr ayının 21-də Gürcüstanın Marabda kəndində təməli qoyulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin 2014-cü ilin sonlarında yekunlaşması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə