WTI markalı neft ucuzlaşıb

Yanvarın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 2,98 dollar ucuzlaşaraq 1 barelə görə 95,44 dollar olub. SİA xəbər verir ki, yanvarın 2-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,02 dollar düşərək 107,78 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə