"Bu il neft hasilatı azaldılıb, qeyri-neft sektoruna qoyulan vəsait isə artırılıb". SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov belə deyib.
Onun sözlərinə görə, qeyri-neft sektoru davamlı olaraq inkişaf edir: "Bir sözlə, bu sahədə bir çox işlər görülür. Kənd təsərrüfatı inkişaf etdirilir həmçinin, fermer təsərrüfatları yaradılır və genişləndirilir".
Vahid Əhmədov onu da qeyd edib ki, son illərdə Gəncədə Sumqayıtda, Balaxanıda sənaye parkları yaradılıb: "Beləliklə sənaye sahəsi inkişaf etdirilib. Turizm sektoru ilə bağlı çox böyük işlər görülüb. Turizm obyektləri istifadəyə verilib. Demək olar ki, qış turizminin yaradılıb və inkişaf etdirilir. Qusar rayonunda böyük bir kompleks istifadəyə verilib. Bir sözlə, qış turizminin inkişaf etdirilməsi üçün ilk növbədə yolların çəkilib istifadəyə verilməsi və istirahət zonalarının yaradılması vacibi məsələlərdən idi. Qarşıda duran bütün bu işlər dövlət proqramı çərçivəsində həyata keçirildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB