"Cari ildə Azərbaycanda 80 mindən çox yeni iş yeri açılıb ki, onun da 75%-i daimi iş yerləridir". SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib. Qeyd olunub ki, yeni yaradılan iş yerlərinin 73%-i regionların payına düşür: "Hazırda Azərbaycanda işsizlik qabaqcıl ölkələr üçün arzu olunan səviyyədə – 5%-ə yaxındır. Bundan başqa cari ilin 11 ayında ölkədə orta aylıq əmək haqqı 6.8%, adambaşına pul gəlirləri 6.5% artıb. Əhalinin pul gəlirlərinin 1/5-dən çoxu yığıma yönəldilib. Ölkədə yoxsulluq səviyyəsi 6%-dən azdır".
Hesabata əsasən, dinamik inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşır. Son Qlobal Rəqabətlik Hesabatında Azərbaycan 7 pillə irəliləyərək 39-cu yerə yüksəlib. O cümlədən makroiqtisadi sabitlik və dayanıqlıq üzrə ölkə 10 pillə irəliləyərək dünyada 8-ci yerə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB