Eyyub Hüseynov: "Bayram yaxınlaşdıqca məhsullarla bağlı şikayətlər daha da artır"
"Yeni il bayramı ilə əlaqədar olaraq bir sıra yerlərdə qiymət artımları müşahidə edilməklə yanaşı satışa çıxarılan bəzi məhsulların keyfiyyətində də problemlər var". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.
Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi quruma bir sıra şikayətlər daxil olub: "Bu şikayətlər bayram yaxınlaşdıqca daha da artır. Vətəndaşların şikayətlərinə baxılır yerindəcə üzərimizə düşən vəzifəni icra edirik. Lakin bu məsələdə vətəndaşların da üzərinə düşən vəzifələr var. Belə ki, onlar ərzaq məhsullarını alan zaman onun keyfiyyətinə və müddətinə fikir verməlidirlər".
Eyyub Hüseynov qeyd edib ki, kola və fanta kimi içkilərlə yanaşı, spirtli içkilərlə bağlı problemlər hələ də həll olunmamış qalır: "Yenə də ərzaq məhsulları ilə bağlı problemlər yaransa qurum olaraq istehlakçılara kömək etməyə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB