“Bakı” elektrik stansiyasında cari təmir işləri görülüb

“Bakı” elektrik stansiyasında cari təmir işləri görülüb

Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş "Bakı" elektrik stansiyasında da cari ilin 11 ayı ərzində aqreqatlara növbəti planlı istismar həddinə uyğun texniki xidmət göstərilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, elektrik stansiyasından "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin noyabr ayında 43,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Cari ilin 11 ayı ərzində isə bu rəqəm 471,4 milyon kilovatsaatdan cox olub.

Cari ilin son üç ayı ərzində stansiyada müxtəlif tətinatlı təmir işləri həyata keçirilib, o cümələdən istismar həddinə uyğun olaraq 10 porşen tipli aqreqata növbəti texniki qulluq da göstərilib. Yeri gəlmişkən, tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, proqnozların uğurla yerinə yetirilməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Təmir işləri də stansiyanın təmir briqadası tərəfindən aparılır.

Stansiyanın elektrik avadanlıqlarına baxış keçirilib və 110 kV-lik yarımstansiyanın avadanlıqlarında cari təmir işləri görülüb. Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Stansiyanın və maşın zalının ətrafı yağ məhsullarından, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənib.

Xatırladaq ki, ümumi gücü 105 MVt olan "Bakı" elektrik stansiyası 12 aqreqatdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə