Nadir Əzməmmədov: "Ən çox sərnişin sıxlığı dekabrın 29-30-da müşahidə olunacaq"
"Dəmiryolu nəqliyyatında ən çox sərnişin sıxlığı dekabr ayının 29-da və 30-da müşahidə olunacaq". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar yaranacaq sərnişin sıxlığına xidmət üçün gücləndirilmiş iş rejiminə keçib: "Növbəti günlərdə, xüsusilə dekabr ayının 29-da və 30-da sıxlığı aradan qaldırmaq üçün sərnişin qatarlarına hər gün 10-15, lazım olduqda isə 20-25 ədəd əlavə vaqonun qoşulması nəzərdə tutulub. Ənənəvi olaraq hər ilin son günlərində ən çox sıxlıq Bakı-Tbilisi sərnişin qatarında yaşanır ki, bunun da qarşısını almaq üçün qatara əlavə olaraq 10-15 vaqon qoşulacaq".
Nadir Əzməmmədov sərnişin qatarlarına bilet satışının 10 gün öncədən həyata keçirildiyini də deyib: "Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün tətbiq olunur. Sərnişinlər gediş sənədlərini İnternet şəbəkəsi vasitəsilə "Online" rejimində də əldə edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB