Şaxta baba Yeni il şənliyində ölüb

Şaxta baba Yeni il şənliyində ölüb

Bazar günü axşam Yakutskdakı yeməkxanalardan birinin Şaxta baba libası geyinmiş əməkdaşı Yeni il şənliyi zamanı ölüb. SIA-nın məlumatına görə, bu barədə xəbəri RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

Belə ki, dekabrın 22-də Yakutskdakı yeməkxanalardan birində Yeni il şənliyi qeyd olunub. Yeməkxana əməkdaşlarından biri Şaxta baba rolunda çıxış etməyə razılıq verib. Şənliyin sonunda 41 yaşlı kişi dincəlmək üçün uzanıb və ölüb.

Sosial şəbəkələrdə bu haqda məlumatlar yayılıb. Hadisə şahidlərinin dediyinə görə, kişinin meyiti ağzı plastırla yapışdırılmış vəziyyətdə aşkar edilib.

Onun qusmadan boğularaq öldüyü güman edilir. Lakin hüquq-mühafizə orqanlarından bu versiya hələ ki, təsdiqlənməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə