Paskal Mönye: "Sevinirik ki, “Şahdəniz-2” layihəsinin yekun qərarı nəzərdə tutulan vaxtda qəbul edildi"
"Ötən gün Azərbaycanın tarixində çox əlamətdar gün idi. Çünki ölkəniz bir çox Avropa ölkələrinin və şirkətlərinin əsas səlahiyyətli nümayəndələrinin qarşısında öhdəlik götürdü və imzalanma mərasimi keçirildi". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye "Şahdəniz 2" layihəsinin yekun investisiya sazişinin imzalanmasının əhəmiyyətindən danışarkən belə deyib.
Onun sözlərinə görə, layihə Fransa üçün də böyük əhəmiyyət kəsb edir: "Çünki bizim burada iki böyük şirkətimiz iştirak edir. Bunlardan biri "Total" şirkətidir. Biz bu layihədə "Total" vasitəsilə istehsal prosesində iştirak edirik. Fransanın digər şirkəti isə Azərbaycanın növbəti 25 il ərzində ən böyük qaz alıcısına çevrilib. Layihə nəyin ki, Qərbi Avropanın, həm də Xorvatiya kimi ölkələrin də enerji təchizatına yardım edəcək. Sevinirik ki, "Şahdəniz-2" layihəsinin yekun investisiya sazişinin imzalanması qərarı nəzərdə tutulan vaxtda qəbul edildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB