Rövnəq Abdullayev: “Şahdəniz-2” layihəsi Azərbaycan qazının Avropaya yolunu açacaq"
""Şahdəniz-2" layihəsi Azərbaycan qazının Avropaya yolunu açacaq". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Nrft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.
R. Abdullayev bildirib ki, layihənin həyata keçirilməsi zamanı ən müasir texnologiyalar tətbiq olunacaq, Azərbaycan qazını Avropaya nəql edən boru kəmərlərinin ümumi uzunluğu təqribən 3,5 min kilometr təşkil edəcək. Bu qaz dəhlizi Avropanın bir neçə nəsillərinə xidmət göstərəcək. Bundan başqa, ARDNŞ Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində operatoru, Trans-Adriatik layihəsində (TAP) isə iri investorudur.
ARDNŞ prezidentinin sözlərinə görə, Azərbaycanda qaz ehtiyatları təqribən 2,5 trilyon kubmetr təşkil edir. "Şahdəniz-2" layihəsinin reallaşdırılması nəticəsində 10 mindən artıq iş yeri, yeni infrastruktur obyektləri yaradılacaq, o cümlədən gəmiqayırma zavodu tərəfindən nadir gəmilər inşa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB