Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3,9% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 31 721,808 mln. ABŞ dolları təşkil edib. SİA-nın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib. Məlumata əsasən, bu ötən ilin müvafiq dövrünə nisbətən 3,9% çoxdur.

Belə ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi 9 728,562 mln. dollar təşkil edib və bu, keçən ilin müvafiq dövrünə nisbətən 15,2% çoxdur. Xarici ticarətin strukturunda ixracın həcmi son bir ildə 0,5% artaraq 21 993,246 mln. dollara çatıb. Nəticədə, bu ilin ilk 11 ayında xarici ticarət dövriyyəsinin müsbət saldosu 10,12% azalaraq 12 264,685 mln. dollara düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...