“Yaxın gələcəkdə Azərbaycan Türkiyə və Gürcüstana 500-600 meqavat elektrik enerjisi ixrac edə bilər”
"Avropa İnkişaf Bankının ayırdığı kredit vasitəsi ilə Gürcüstanda böyük bir elektrik yarımstansiyası tikilib və yüksək gərginlikli xətlər inşa olunub". SİA-nın məlumatına görə, bunu energetika naziri Natiq Əliyev jurnalistlərin Azərbaycanın Türkiyə və Gürcüstana elektrik enerjisinin ixracına nə vaxtdan başlayacağına dair suala cavabında deyib.
Onun sözlərinə görə, bu Azərbaycana imkan verəcək ki, Türkiyə və Gürcüstana parallel rejimdə elektrik enerjisi ixrac etsin: "Hazırda iki yüksək gərginlikli elektrik xətti Azərbaycanla Gürcüstanı bağlayır. Yəni, bu gün də Azərbaycanın Gürcüstanla elektrik enerjisinin alqı-satqısını həyata keçirməyə imkanı var. Ancaq bu stansiyanın tikilməsi ilə Azərbaycan daha böyük həcmdə, 500-600 meqavat elektrik enerjisi ixrac edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB