230 kiloqramdan çox ərzaq malları satışdan çıxarılıb

230 kiloqramdan çox ərzaq malları satışdan çıxarılıb

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai, Nərimanov, Qaradağ rayonlarında, eləcə də Sumqayıt, Samux, Göygöl, Ağcabədi, Şabran və Ağsuda mağazalarda keyfiyyətsiz və saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən 230 kiloqramdan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə