Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-noyabr aylarında 30,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, bununla yanaşı, sənayenin qeyri-neft sahələrində 3,2 faizlik, neft sektorunda isə 1,3 faizlik artım müşahidə olunub. SİA-nın məlumtına görə, istehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.
On bir ay ərzində 39,5 milyon ton neft, 16,2 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB