“Invest in Azerbaijan” bülleteni oxucular tərəfindən maraqla qarşılanır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Böyük Britaniyanın nüfuzlu "Business New Europe" jurnalının birgə hazırladığı "Invest in Azerbaijan" bülleteninin 4-cü sayı nəşr olunub. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bülletenin bu dəfəki sayında Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektoruna, həyata keçirilən iri layihələrə, AZPROMO-nun fəaliyyətinə, eləcə də ölkənin tikinti, bank və lizinq sahələrinə dair məqalələr yerləşdirilib: ""Invest in Azerbaijan" bülleteni abunəçilər tərəfindən maraqla qarşılanır. Belə ki, artıq bülletenin 3500-ə yaxın xarici abunəçisi var. Bu isə, Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə olan marağın göstəricisidir. Bülleten xarici ölkələrdə fəaliyyət göstərən iş adamlarının və biznes dairələrinin Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya mühiti, iqtisadiyyatın prioritet istiqamətləri barədə məlumatlıq səviyyəsini daha da artırmaq məqsədilə yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə