1,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib
Cari ilin noyabr ayında ölkə enerji sistemində 1,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin 11 ayı ərzində isə 19,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB