Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3%, Nasdaq 0,4% enib

Dekabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 16 009 bəndədək, S&P 500 0,3% - 1 801 bəndədək, Nasdaq 0,4% - 4 045 bəndədək enib.

SİA-nın məlumatına görə, tikinti sahəsi üzrə zəif statistik göstəricilər və ötən həftənin sonunda keçirilən kütləvi satışın nəticələri təsir edib. Belə ki, sentyabrda tikinti xərcləri aylıq müqayisədə 0,3% azalıb, "Qara cümə" günü ərzində əhali tərəfindən ölkənin ticarət şəbəkələrində xərcləri ötən illə müqayisədə 4% azalıb.

Avropa fond bazarlarında dekabrın 2-də FTSE 100 indeksi 0,7% - 6 604 bəndədək enib, Almaniya DAX-ı 0,02% - 9 401 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 4 289 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,5% azalaraq 1 219,60 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3538 dollar (-0,4%) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə