Əsəd Musayev: "Azərbaycanda istehsal olunan elit toxum istehsalı respublikanı təmin edir"
"Əgər 5-6 il öncə Azərbaycanın toxum təminatı aşağı səviyyədə idisə, indi elit toxum istehsalı respublikanı tam təmin edir". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev bildirib.
Onun sözlərinə görə, son vaxtlar İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) ilə aparılan tədqiqatlar nəticəsində respublikada 4 buğda sortu rayonlaşıb. Bu, respublikanın 35%-ni təşkil edir və həmin sortların istehsalı əkinçilik institutunda aparılır: "Toxumun istehsal edilməsinin əsas hissəsi özəl sektorun payına düşür. Ona görə də, özəl sektorda fəaliyyət göstərən fermerlərlə əlaqə yaratmağa üstünlük veririk. Ötən il 200 fermerə elit toxum verdik. Gözləntimiz isə onların bu toxumu artırması və digər toxum istehsalçılarını təmin etmələridir".
Gələcəkdə toxumçuluq sisteminin təkmilləşdirilməsinin vacib olduğunu vurğulayan Əsəd Musayev deyib ki, təkmilləşdirilmə dedikdə onun maddi texniki bazası nəzərdə tutulur: "Bu baza yenidən qurulmalıdır. Bunun üçün ilk öncə toxum təmizləyən və toxum dərmanlayan maşınlar alınmalı, xəstəliyə qarşı mübarizə sistemi işlənib hazırlanmalı və ölkəyə bəzi texniki avadanlıqlar gətirilməlidir. Xüsusilə ölkəmizə Braziliyadan şum aparılmadan toxumu birbaşa səpən maşınlar və xüsusi kombaynlar alınmalıdır. Bütün bunların nəticəsində isə xarici ölkələrdən idxal edilən 1 milyon tondan çox taxılı 3-4 il müddətində Azərbaycanda istehsal edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB