"Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova bildirib.
Onun sözlərinə görə, "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun layihəsində bütün bunlar öz əksini tapıb: "Layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlə təmin olunması ilə bağlı xüsusi müddəalar var. Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Çünki, gənc ailənin sosial dəstəyin güclənməsi ən aktual məsələlərdən biridir".
Millət vəkili deyib ki, ailə quran iki işsiz gəncin sosial rifahının yaxşılaşdırılması məqsədilə onlara evlərin verilməsi və işlə təmin olunması vacib məsələdir: "Bu məsələ də qanun müzakirəsinə çıxarılacaq. Lakin, bu layihənin həyata keçməsi bir qədər zaman alacaq. Çünki, bu layihənin tam şəkildə həyata keçirilməsi üçün uzun müddətli müzakirələrə ehtiyac var. Bu layihə reallaşarsa bu işlə hansı dövlət orqanı məşğul olacaq, bu iş necə tənzimlənəcək, bir çox bu kimi məsələlər hələ sual altındadır. Amma belə gəncləri Dövlət Məşğulluq İdarələrinə yönəltmək mümkündür. Bir sözlə, bu məsələ bir az çətin məsələdir, zamana ehtiyac var".
Elmira Axundova qeyd edib ki, gənc ailələrin problemlərini hər yerdə araşdırmağa çalışırıq: "Məqsəd sosial durumu ağır olan ailələrin bu vəziyyətdən birdəfəlik çıxarmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB