Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək

Dekabrın 2-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

Fonddan SİA-ya verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,4083% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi 2023-cü ilin avqustun 23-dür.

Həmçinin, qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti bu ilin sentyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 14-də başlanılıb və bu günədək 10 mln. həcmində istiqraz yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə