Vahid Əhmədov: “Vizanın sadələşdirilməsi ilə vətəndaşlar bir sıra güzəştlər əldə edəcək”
"Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında III "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması ölkəmiz üçün olduqca əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu sazişlə Avropaya inteqrasiya olunması prosesini bir daha təsdiqlədi: "Ölkəmiz bu sazişlə viza rejiminin sadələşdirilməsi proqramına qoşuldu. Bununla da vətəndaşlarımız üçün viza rejimi sadələşdiriləcək".
Vahid Əhmədov qeyd edib ki, əvvəl viza 90 gün müddətinə verilirdi. İndi isə bu sazişin imzalanması ilə viza 6 ay müddətinə uzadılmaqla yanaşı, sənədlərin miqdarı da azaldılacaq: "Viza almaq üçün sənəddəki maddələr riayət olunduqdan sonra vətəndaşlarımız problemlərlə üzləşməyəcək. Bəzi kateqoriyadan olan insanlara viza rejimində güzəştlər olacaq. Belə ki, vizanın dəyəri 60 manat idisə, 35 manat olacaq. Bu saziş vasitəsilə Azərbaycan Avropaya inteqrasiyasını təsdiqləməklə yanaşı, müstəqil inkişaf edən bir dövlət olduğunu da bir daha sübut etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB