2013-cü ilin üçüncü rübünün yekunları üzrə "Apple" şirkəti 33,8 milyard müxtəlif növ "iPhone" smartfon modeli buraxıb ki, bu da bir il əvvəlki göstəricidən 25,7 faiz çoxdur. SİA-nın məlumatına görə, bu barədə "Digitimes Research" şirkəti analitiklərinin hesabatında deyilir.
Ekspertlərin sözlərinə görə, "iPhone 5c" modeli qiymətin məhsuldarlığa olan aşağı nisbətinə görə qabaqcıl "iPhone 5s" modelindən pis satılır. ABŞ istehsal etdiyi köhnə modelləri bazarda saxlamaq qərarına gələrək iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün onların qiymətini aşağı salıb.
Bunun nəticəsində, "iPhone"un orta dəyəri üçüncü rübdə 577,2 dollara – rekord səviyyəyə enib və şirkət mobil biznesin rentabelliyinin zərərinə olaraq daha çox telefon satmaq qərarına gəlib.
"Digitimes Research"un nümayəndələri güman edir ki, 2013-cü ilin sonuncu rübünün yekunları üzrə "Apple" yeni modellər sayəsində smartfonların satış həcminə görə rekorda imza ata bilər. Lakin buna baxmayaraq, şirkətin inkişaf etməkdə olan regionlarda zəif mövqeyə malik olması səbəbindən bazar payını genişləndirməsi inandırıcı görünmür. Belə ki, bu regionlarda "iPhone 5c" modelinin qiyməti əvvəlcədən nəzərə tutulduğu kimi ucuz hesab edilmir. Məsələn, Çində bu telefonun qiyməti 700 dolları ötür.
Məhz, Çin "Apple"ın potensial artımı hesab olunur və bu səbəbdən, ABŞ mobil telefon istifadəçilərinin payı 70 faiz təşkil edən yerli "China Mobile" operatoru ilə saziş imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB