BANM Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul olunub

BANM Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul olunub

2013-cü ilin noyabr ayının 7-8-də Qara Dəniz Universitetləri Şəbəkəsinin (QDUŞ) İcraçı Şurasının iclasında Bakı Ali Neft Məktəbinin müraciətinə baxılmış və ali təhsil müəssisəsi QDUŞ-un Nizamnaməsinin tələblərinə cavab verdiyinə görə bu Təşkilata üzv qəbul edilib. SİA-ya verilən məlumata görə, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkila­tı­nın Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektor­ları­nın 1998-ci ildə Konsanta (Rumıniya) şəhərində keçirilən 2-ci konfransında təsis olunub. Təşkilat Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçi­və­sində əlaqələrin qurulması məqsədilə yaradılıb. Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkila­tı­nın üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüs­tan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s.) 100-dən artıq universitetini birləşdirir.

Bakı Ali Neft Məktəbinin Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul edilməsi bu Təşkilatın Baş Katibi professor Eden Mamutun ali təhsil müəssisəsinin rektoru Elmar Qasımova ünvanladığı məktubla təsdiqlənib.

Məktubda Qara Dəniz Universitetləri Şəbəkəsinin Beynəlxalq Daimi Katibliyinin adından Bakı Ali Neft Məktəbinin tədris və elmi-tədqiqat sahəsində malik olduğu potensialın Təşkilatın fəaliyyətinə layiqli töhfə verəcəyinə əminliyini bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə