Sərmayədarlar ölkənin informasiya texnologiyalarına, emal sənayesinin inkişafınasərmayə qoyulacaq

Sərmayədarlar ölkənin informasiya texnologiyalarına, emal sənayesinin inkişafınasərmayə qoyulacaq

"Azərbaycana son on ildə 150 milyard dollardan çox sərmayə qoyulub". SİA xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Xəzər Avropa Klubunda iş adamları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əlverişli sərmayə mühiti yaradılıb: "Ən iri beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sahədə, sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirirlər. Ölkəyə qoyulan sərmayenin çox hissəsi xarici investorların payına düşür. Gələn il və sonrakı illərdə xarici sərmayədarlar Azərbaycanın informasiya texnologiyalarına, emal sənayesinin inkişafına, nano texnologiyaların inkişafına sərmayə qoyulacaq. Bu da bütövlükdə Azərbaycan iqtisadiyyatı strukturunun təkmilləşdirilməsinə xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə