Azərbaycanın müdafiə xərcləri Ermənistanın dövlət büdcəsindən 2 dəfə çoxdur
Dövlət başçısının rəhbərliyi ilə son 10 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə görülən işlər, ilk növbədə, ordunun maddi və texniki təchizatını yaxşılaşdırıb. Hər il dövlət büdcəsindən ayrılan vəsait də bunun bariz nümunəsidir. SİA-nın məlumatına görə, 2003-cü ildə hərbi sahəyə büdcədən 135 milyon dollar ayrıldığı halda, 2013-cü ildə bu məbləğ 3,7 milyard dollar təşkil edib.
2014-cü ildə isə dövlət büdcəsindən ölkənin müdafiəsi məqsədi ilə hərbi sahəyə 2 milyard 967 milyon 831 min manat (təqribən 3.8 milyard dollar) vəsait ayırılıb.
Beləliklə, 2014-cü ildə Azərbaycanın hərbi xərclərinin əhəmiyyətli hissəsi – təxminən 30 faizi xarici ölkələrdən müxtəlif silah və hərbi sursat alınmasına sərf olunacaq.
Xatırladaq ki, hazırda Azərbaycan Rusiya ilə 4 milyard dollarlıq hərbi ticarət əməkdaşlığındadır. Gələn il bu əməkdaşlıq çərçivəsində təxminən 1 milyarddan artıq silah və hərbi texnikanın ölkəmizə gətirilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın təkcə müdafiəyə ayrılan vəsaiti Ermənistanın ümumi dövlət büdcəsini dəfələrlə üstələyir. Ordunun texniki təchizatında isə həm xaricdən alınan, həm də respublikada istehsal olunan məhsullardan istifadə olunur. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük əhəmiyyəy kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB