Noyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,25 dollar və ya 0,3% azalaraq 1 barelə görə 93,84 dollar olub. SİA-nın məlumatına görə, noyabrın 26-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar və ya 0,1% azalaraq 110,85 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB