"Azəryolservis" beynəlxalq mükafata layiq görülüb FOTO

"Azəryolservis" beynəlxalq mükafata layiq görülüb FOTO

İsveçrənin Cenevrə şəhərində "Otherways" assossiyasının təşkil etdiyi "Möhtəşəm 5 qitə" mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycandan dəvət olunan "Azəryolservis" ASC idarəetmə, məqsəd və layihələr, məsləhət və nəzarət, informasiya sistemlərinin yüksək səviyyədə təşkili və istifadə edilməsinə görə beynəlxalq mükafata layiq görülüb.

"Möhtəşəm 5 qitə" mükafatı şirkətlərə prestij, yenilik, keyfiyyət və texnologiya, innovasiya və digər nominasiyalar üzrə verilib.

Qeyd edək ki, "Otherways" menecment və konsaltinq şirkəti iştirakçı şirkətlər üçün lazım olan bütün informasiyaları öyrənir, bir- birilərinin təcrübəsindən yararlanmaq üçün onlar arasında əlaqə qurulmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə